Beynəlxalq tədqiqat qrupu internet sistemində kənar kanalların hücumunu dəf edən şifrə yaradıb.
Tohoku Universitetinin IT mütəxəssisləri dünyanın bir çox yerindən kibermühəndislərlə birlikdə təhlükəsiz internetə çıxış üzərində çalışıblar. Nəticədə SCARF adlanan çoxfunksiyalı qoruma təminatı kodu yaradılıb.
Tohoku Universitetinin Elektrik Rabitəsi Tədqiqat İnstitutunun professoru Rei Ueno tərəfindən hazırlanmış innovativ şifrə inkişaf etmiş sistemlərdə də tam qorumanı təmin edəcək şəkildə yaradılıb. Şifrənin təqdim etdiyi ən böyük yenilik təkcə gündəlik istifadə deyil, həmçinin superkompüterlərin qorunmasını təmin edə bilməsidir.
Müasir kompüter sistemləri xəbərsiz hədəflərdən gizli açarlar vasitəsilə də qoruna bilmirdi. Bunun başlıca səbəbi casusların virus sistemini kompüterin cari iş mexanizmindəki çatışmazlıqdan istifadə edərək tətbiq etməsi idi. SCARF-ın üstünlüyü isə sistem çatışmazlıqlarını tam ödəyə bilməsidir.