"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Kiber təhdidlərin araşdırılması və rəqəmsal kəşfiyyat" mövzusunda təlim kampı təşkil olunub

Aprelin 14-də Naxçıvan Dövlət Universitetində “Kiber təhdidlərin araşdırılması və rəqəmsal kəşfiyyat" mövzusunda təlim kampı təşkil olunub

Tədbir Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə dəstəyi ilə baş tutub.

Tədbirin rəsmi açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, dövlətin və cəmiyyətin dayanıqlılığını müəyyən edən əsas faktorlardan biridir:

“Artıq informasiya təhlükəsizliyi dərsliklərdəki terminlərdən çıxaraq dövlətimizin və hər bir vətəndaşımızın rəqəmsal azadlığının, suverenliyinin sarsılmaz təminatçısına çevrilib".

Nazir müavini qeyd edib ki, təşkil olunan bootcamp iştirakçılara yalnız nəzəri biliklərin ötürülməsi məqsədi daşımır. Təlim çərçivəsində real həyatı əks etdirən kiber ssenarilər üzərində işləməklə gənclərin praktiki bacarıqları inkişaf etdirilir:

“Bu bootcamp-i sadəcə təlim kimi deyil, real rəqəmsal müstəvidə peşəkar təcrübə toplamaq fürsəti kimi görməyinizi istərdim.”

Vurğulanıb ki, tədbir iştirakçıları rəqəmsal izlərin analizi, açıq mənbələrdən məlumatların toplanması və analitik yanaşmaların tətbiqi kimi müasir kiberkəşfiyyat metodları ilə tanış olurlar.

Azər Məmmədrəhimov çıxışında gənclərin bu sahədə roluna da xüsusi diqqət çəkib:

“Məqsədimiz sizi sadəcə bilikli mütəxəssis deyil, kiberməkanda baş verən mürəkkəb prosesləri analiz edə bilən və çevik həllər istehsal edən strateji oyunçular kimi görməkdir".

"Qeyd olunub ki, bu cür təşəbbüslər Naxçıvanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də kibertəhlükəsizlik sahəsində peşəkar insan resurslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır", - deyə nazir müavini qeyd edib.