Bu yaxınlarda istifadəçilərin kripto və bank məlumatları CAPTCHA görünüşlü saxta reklamlar vasitəsilə ələ keçirilib. Belə ki, bu reklamlar sayəsində kompüterə virus yüklənir və cihazınızdakı bütün əməliyyatlar nəzarət altında olur. Kaspersky saxta CAPTCHA-lar barədə istifadəçilərə xəbərdarlıq edir və daha diqqətli olmağa dəvət edir.
Məhsulun təşviqi ilə yanaşı, internet reklamları da istifadəçilərin cihazları sındırmaq üçün kiber hücumçular tərəfindən effektiv şəkildə istifadə olunur. İstifadəçilər və sistemlər təhlükəsizlik tədbirləri gördükcə zərərli reklamlar yenilənir və yeni üsullar sınaqdan keçirilir. Bu yaxınlarda istifadəçilər saxta CAPTCHA və saxta Chrome xəbərdarlıqları ilə tələyə düşüblər. Kaspersky internetdə iki fərqli reklam modelinə diqqət çəkib. Lumma və Amadey virusları saxta CAPTCHA və Chrome xəbərdarlıqları ilə yayılmağa çalışılır. CAPTCHA bir çox saytlar tərəfindən istifadəçilərin insan və ya bot olduğunu müəyyən etmək üçün istifadə olunur. “Mən robot deyiləm” düyməsini sıxmaqla yoxlama aparılır və bundan sonra sayta daxil olmaq mümkün hala gəlir.