Kadr hazırlığı istiqamətində tədbirlər davam edir
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rəşad Rüstəmovun kompüter texnologiyaları sahəsində dünyanın lider şirkətlərindən olan IBM (International Business Machines) tərəfindən aktual mövzularda keçirilən onlayn kurslarda iştirak edib və müvafiq sertifikatlarla təmin olunub.
Təlimlər zamanı Süni intellekt və əşyaların internetinin müxtəlif sahələrdə tətbiqi, maşın öyrənməsi üçün məlumat analitikası, alqoritmləri və təməl konsepsiyyaları, chatbotlar və neyron şəbəkələri haqqında biliklər əldə edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kadr hazırlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir. Belə ki, ixtisaslı kadrların hazırlanması, müəyyən sahə üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə onlayn kurslar təşkil olunur və ya müxtəlif mövzularda təlimlər keçirilir.