"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Kəngərli rayonunda yeni ATS quraşdırılıb  

 

Muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb. Bu layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına Nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, Nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb. 

Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsi ilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksək sürətli internet, video görüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.