"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Kəngərli rayonunda internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni avadanlıqlar quraşdırılmışdır

     

Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə Naxçıvan şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd 48 portlu (10 GB) Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converter qoşulub. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən avtomat telefon stansiyalarında zəruri texniki tədbirlər həyata keçirilib. Yeni quraşdırılan avadanlıqlar vasitəsilə rayon mərkəzində və kəndlərdə internetin sürətinin artmasına zəmin yaranmışdır.

Məlumat üçün bildirilir ki, mühəndislər tərəfindən Kəngərli rayonunda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə telekommunikasiya sahəsində istifadə olunan müasir ölçmə cihazları vasitəsilə monitorinqlər davam edir.