Kəngərli rayonun bir sıra kəndlərində yaranmış nasazlıq aradan qaldırılmışdır.
Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Qarabağlar, Xok, Şahtaxtı kəndlərində mövcud avtomat telefon stansiyalarında ümumilikdə 8 ədəd platanın yanması nəticəsində abonentlərə təqdim edilən rabitə xidmətlərindən istifadə də fasilələr yaranmışdır. Nazirliyin mühəndisləri Türkiyə Respublikasının "Karel" şirkətinin Iğdır təmsilçiliyinin mühəndisləri ilə birgə profilaktik tədbirlər həyata keçirmiş, yaranmış texniki nasazlıq aradan qaldırılmışdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən sakinlərin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması hər zaman diqqətdə saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.