Bugün Apple şirkəti iOS 17-nin 17.0.3 nömrəli versiyasını istifadəyə verdi. Buna görə də Apple tərtibatçıları iOS 16.6.1, iOS 17 və iOS 17.0.1-in aktuallıqlarını aradan qaldırıblar. Bu isə o deməkdir ki, iOS 17 istifadəçiləri daha iOS 16-ya geri dönüş edə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, bu, Apple üçün standart bir praktikadır. Hər yeni iOS versiyası istifadəyə veriləndən sonra şirkət daha öncəki iOS versiyaların aktuallıqlarını aradan qaldırır. Bu üsul ilə şirkət öz istifadəçilərini cihazlardakı əməliyyat sisteminin aktual versiyasını quraşdırmağa sövq edir.