Intel şirkəti 14-cü nəsil yeni Core i prosessorlarını təqdim edib. Təqdimatdan sonra isə şirkət rəsmi şəkildə təsdiqləyib ki, təqdim edilmiş yeni prosessorlar Core i adına sahib son prosessorlardır. Beləliklə şirkət Core i brendindən imtina edir. Şirkət onu sadəcə Core və Core Ultra ilə əvəz edəcək. Qeyd etmək lazımdır ki, daha öncə Meteor Lake seriyasına daxil olacaq prosessorların məhz Core Ultra brendi altında təqdim olunacaqları barəsində məlumat ortaya çıxmışdı.
İndi isə məlum olub ki, Core i adlı prosessorlar daha olmayacaqlar. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, 14-cü nəsil Core çərçivəsində hələ mobil prosessorlar da təqdim olunacaq və onlar özlərində Core i adını birləşdirəcəklər. Lakin daha sonra çox güman ki, onların da adlarında Core və Core Ultra-dan istifadə ediləcək. Qeyd etmək lazımdır ki, ilk Core i prosessorları 2009-cu ildə təqdim olunmuşdu.