"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Instagram yaxın zamanda Blend adlı yeni funksiyanı işə salacaq

İnsayderlərin sözlərinə əsasən Instagram yaxın zamanda Blend adlı yeni funksiyasını anons edəcək. Bu, sizin və sizin dostunuz üçün vahid xəbər lentini formalaşdıracaq funksiyadır. Məlumata əsasən Blend özündə sizin və dostunuz arasında bir-biriniz ilə bölüşdüyünüz videolar əsasında Reels məsləhətlərini birləşdirəcək. Bu, bir növ Spotify Blend funksiyasını xatırladır. Spotify Blend öz növbəsində iki şəxsin ən çox bəyəndikləri musiqiləri bir playlistdə birləşdirir. Instagram-da istifadəyə veriləcək Blend sizin və dostunuzun arasında konfidensial şəkildə olacaq və iki şəxsdən hər biri istənilən zaman onu ləğv edə bilər. Instagram Blend-in nə zaman istifadəyə veriləcəyi bilinmir.