"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Instagram süni intellekt ilə sizin üçün mesaj yaza biləcək!

Dünyanın ən çox istifadə edilən sosial media şəbəkələrindən biri olmağa davam edən Instagram, süni intellekt ilə sizin adınıza mesaj yaza biləcək. Alessandro Paluzzi tərəfindən gündəmə gətirilən xəbərə görə, Instagram hazırda süni intellektdən istifadə edərək insanların sizin adınıza mesaj yazmasına imkan verən sistem üzərində işləyir. Hələlik birbaşa mesajlar əsasında işləyirmiş kimi görünən xüsusiyyət, bir çox hallarda vaxta qənaət edir və cəmi 1-2 söz əsasında uzun mətnlər yarada bilir.

Onu da qedy edək ki, ötən ay Alessandro Paluzzi-nin xəbər verdiyi kimi, Instagram üçün əvvəllər “Sizin Məkanınız” adlanan və son mərhələdə “Flipside” adlı diqqətəlayiq yeni bir xüsusiyyət də var. Flipside əsasında şəxsi profillər üçün xüsusi bölmə və ya başqa sözlə fərqli profil səhifəsi açılacaq və yalnız insanların xüsusi olaraq seçdiyi izləyicilər bu bölməni görə biləcəklər. Bu yaxınlarda yenidən gündəmə gətirilən xüsusiyyətin bəzi insanlar tərəfindən aktiv şəkildə sınaqdan keçirilməyə başladığı bildirilir. Ümumiyyətlə Instagram süni intellekt ilə mesaj yazmağı, profilinizi yalnız dostlarınız üçün xüsusiləşdirə biləcəyiniz yenilənmə ilə yaxın zamanda qarşımızda olacaq.

Instagram hazırda “Mənim Həftəm” adlı funksiyanı inkişaf etdirir. İlkin məlumatlara görə, hələ test mərhələsində olan və təqdim ediməyə hazır olmayan bu xüsusiyyət, şirkətin beta kodlarına əlavə edilib. Habelə bu xüsusiyyətin son 7 gündə paylaşılan hekayələri bir araya gətirəcəyi və insanların istənilən vaxt buradakı hekayələri silməsi mümkün olacaq.