Instagram tezliklə izləmə sorğusu göndərərkən səbəb əlavə etməyə icazə verəcək yenilik üzərində işləyir. Bu xüsusiyyət sizi tanımayan istifadəçinin sizin haqqınızda təsəvvür yarada bilməsi üçün hazırlanır, deyə qeyd edilib. Funksiya barədə daha əvvəl Instagram ilə bağlı gələcək yeni xüsusiyyətləri açıqlayan Alessandro Paluzzi bildirib.
Paluzzi tərəfindən paylaşılan xüsusiyyətin iddia edilən ekran görüntüsü, Instagram-ın sizə müxtəlif seçimlər arasından seçim etmək imkanı verə biləcəyini göstərir. Xüsusiyyətin təsvirində yazılana görə, izləmə sorğunuza əlavə etmək üçün bir səbəb qeyd edirsiniz. Nəticədə sizi tanımayan və profili bağlı insanlar nəyə görə onları izləmək istədiyinizə dair fikir sahibi olur.
Bununla belə, bu xüsusiyyətin sosial şəbəkənin istifadəçiləri yad şəxslərdən qorumaq üçün üzərində çalışdığı bir dəyişiklik olması diqqət çəkir. Xatırladaq ki, Instagram sizi izləməyən insanların yalnız 1 ədəd “Direct” mesajı göndərə bilməsini təmin edən dəyişikliklər də edir. Şirkət həmçinin proqramda oxundu mesajını söndürmək imkanı üzərində işləyir. Instagram prezidenti Adam Mosseri noyabr ayında funksiyanı sınaqdan keçirməyə başladıqlarını açıqlamışdır. Bütün bu yeniliklərin istifadəçilərin hər biri üçün Instagram-da gizli hesablara atılmış istəklərə səbəb göstərmə ilə birgə yaxın vaxtlarda gələcəyi güman edilir.