Meta şirkəti öz servisləri arasında mesajların mübadiləsi imkanını deaktiv etmə prosesinə start verib. Söhbət, Instagram, Facebook, Messenger arasında mesajların göndərilməsindən gedir. Qeyd etmək lazımdır ki, şirkət bu imkanı 2020-ci ildə anons etmişdi. Bu imkan çərçivəsində Instagram, Facebook və Messenger istifadəçiləri bir-birilərinə mesaj göndərə bilirdilər. Meta şirkətinin verdiyi məlumata əsasən bu ayın ortasından başlayaraq Instagram, Facebook və Messenger arasında çatların yaradılması imkanı aradan qaldırılacaq. Bununla belə bu istiqamətdə mövcud olan çatlar olduqları kimi qalacaqlar. Lakin onların tərkiblərini sadəcə oxumaq mümkün olacaq. Yeni mesajlar göndərmək mümkün olmayacaq. Meta-nın bu cür qərar verməsinin rəsmi səbəbi açıqlanmayıb.