Instagram, DM-dən ekran görüntüsü çəkənləri ban edəcək!
Açıqlamaya görə, Instagram-ın şəxsi mesajlaşma bölməsində "bir dəfə bax" və ya "təkrar oxutmağa icazə ver" xüsusiyyətlərindən istifadə edərək göndərilən foto və videoların ekran görüntüsü və ya ekran qeydi alınması artıq mümkün olmayacaq. Meta nümayəndələri bununla bağlı "İstifadəçilərimiz artıq məzmunlarının icazəsiz şəkildə qeydə alınması ilə bağlı narahatlıq keçirməyəcək" açıqlamasını verib.
Platform həmçinin bu təhlükəsizlik tədbirlərinin veb versiyada da tətbiq ediləcəyini elan edib. Bu baxımdan kompüter üzərindən ekran görüntüsü almağa texniki olaraq mane olmaq mümkün olmadığı üçün istifadəçilər "bir dəfə bax" xüsusiyyəti ilə göndərilən məzmunlara Instagram-ın veb versiyasından daxil ola bilməyəcək, beləliklə ekran görüntüsü alma məhdudiyyəti pozulmayacaq.
Meta-nın təqdim etdiyi yeni xüsusiyyətlər bununla bitmir. Şirkət, çılpaqlıq ehtiva edən görüntüləri avtomatik olaraq aşkar edib, bulanıqlaşdıran bir filtr sistemi də inkişaf etdirib. Bu sistem, istifadəçilərə belə məzmunları paylaşmağın mümkün nəticələri ilə bağlı xəbərdarlıqlar göstərəcək. Son olaraq, Instagram bu yeni sistemi pozmağa çalışan və bir şəkildə şəxsi mesajların ekran görüntüsünü alan istifadəçilərin platformadan daimi olaraq qadağan ediləcəyini elan edib.