"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Instagram-dakı şərhlərdə bəyənməmə düyməsi test edilir

Instagram şərhlər üçün gizli bəyənməmə düyməsini təqdim edir. Bu funksiya istifadəçilərə arzuolunmaz şərhlərə reaksiya verməyə imkan yaradacaq, lakin onların mövqeyi ictimai şəkildə görünməyəcək. Düymə ümumi say göstəricisini əks etdirməyəcək, lakin şərhlərin sıralanmasına təsir edə bilər. Məlumata əsasən Instagram artıq bu funksiyanı postlar və Reels altındakı şərhlərə münasibəti ifadə etmək üçün test etməyə başlayıb. Şirkət təsdiqləyib ki, bu təcrübə istifadəçilərə, xoşlarına gəlməyən və ya əlaqəsiz hesab etdikləri şərhləri bildirmək imkanı yaratmaq məqsədi daşıyır.
Instagram rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bu düymə yalnız onu klikləyən istifadəçiyə görünəcək, şərh müəllifi isə mesajının başqaları tərəfindən bəyənilmədiyini bilməyəcək. Bununla yanaşı, bəyənməmə sayı ictimai şəkildə göstərilməyəcək. "Instagram şərhləri yanında yeni bir düyməni test edirik ki, insanlar onlara xoş gəlməyən şərhlər barədə fikirlərini özəl şəkildə ifadə edə bilsinlər. Gələcəkdə bu siqnaldan istifadə edərək həmin şərhlərin reytinqini aşağı sala bilərik” - deyə Mosseri Threads-də qeyd edib. Bu funksiyanın ilk testləri haqqında məlumat ötən ay ortaya çıxmışdı, lakin indi Instagram rəsmi olaraq bu təcrübənin mövcudluğunu təsdiqləyib.
Hazırda testlər məhdud sayda istifadəçi üzərində aparılır. Gələcəkdə yeni alqoritm şərhlərin görüntülənmə sırasına təsir edəcək və bu sosial şəbəkənin istifadəçiləri arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmağa kömək edəcək. Qeyd etmək lazımdır ki, oxşar sistem artıq uzun müddətdir Reddit platformasında mövcuddur və orada səsvermə mexanizmi şərhlərin sıralanmasına birbaşa təsir edir. Lakin hələlik Instagram-ın bəyənməmə düyməsinə eyni dərəcədə əhəmiyyət verib-verməyəcəyi bəlli deyil. Yeni funksiya müzakirələrdə toksikliyi azaltmağa və şərhləri daha müsbət mühitə çevirməyə kömək edə bilər. Bununla belə, Meta hələ bu funksiyanın qlobal miqyasda istifadəyə veriləcəyi tarixi açıqlamayıb.