"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Instagram-da mesajların göndərilməsində sərt məhdudiyyətlər tətbiq edilib

  Instagram öz platforması daxilində arzuolunmaz mesajlarla mübarizə üçün nəzərdə tutulmuş yeni məhdudiyyətləri işə salır. İşə salınmış yeni məhdudiyyətlər fotoları, mətnləri əhatə edir və ilk növbədə qadınlara hədəflənmiş spamlar ilə arzuolunmaz mesajların saylarının azalmasına istiqamətləndirilib. Beləliklə bundan sonra hər hansısa şəxs abunə olmadığı digər şəxsə mesaj göndərmək istədiyi halda yalnız bir ədəd mesaj göndərə biləcək. Bu halda iki şəxs arasındakı ünsiyyətin davam etdirilməsi üçün mesajı qəbul etmiş şəxs mesajı göndərmiş şəxsdən olan çat sorğusunu təsdiqləməli olacaq.

    Bununla yanaşı çat sorğusunun göndərilməsi halında yalnız mətn formatında mesaj göndərmək olacaq. Bu isə o deməkdir ki, spamçılar və niyyətləri yaxşı olmayan digər istifadəçilər ilk mesaj qismində foto, video və ya səsli mesaj göndərə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, Instagram sözügedən məhdudiyyətləri iyun ayının sonunda test etməyə başlamışdı. Instagram bu məhdudiyyətləri qadınlar üçün nəzərdə tutulmuş təhlükəsizlik tədbiri kimi qələmə verir. Şosial şəbəkənin təmsilçiləri bildiriblər ki, Instagram-ın qadın istifadəçiləri çox zaman arzuolunmaz fotolar əldə edirlər. Tətbiq edilmiş yeni məhdudiyyətlər isə bu halın aradan qaldırılması üçün nəzərdə tutulub.