Belə ki, Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bundan sonra Instagram daxilində yalnız məşhur videolar yüksək keyfiyyətdə əks olunacaqlar. Daha az baxış sayına sahib videolar isə daha aşağı keyfiyyətdə əks olunacaqlar. Mosseri bildirib ki, Instagram videoları mümkün olan ən yüksək keyfiyyətdə sərgiləməyə çalışır. Lakin əgər video əvvəldən o qədər də yüksək baxış sayı yığa bilmirsə, onun keyfiyyəti bir qədər aşağı salına bilər.
Instagram rəhbəri qeyd edib ki, baxışların çoxu videonun paylaşıldığı ilk saatlarda gəlir. Əgər Instagram alqoritmi təyin etsə ki, video böyük diqqətə sahib deyil, sosial şəbəkə daha az resurs tələb edən video kodlaşdırmasından istifadə edəcək. Nəticədə az baxış sayına sahib video bir qədər aşağı keyfiyyətdə əks olunacaq. Qeyd etmək lazımdır ki, bu ideya heç də yeni bir ideya deyil. Belə ki, hələ keçən il Meta şirkəti bildirmişdi ki, o, paylaşılan kontentin məşhurluğundan asılı olaraq müxtəlif keyfiyyət ayarlarını tətbiq edir.