"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İnsanabənzər robotlarda “insan əli” inqilabı baş verib!

Kanadanın robototexnika şirkəti Sanctuary AI ümumi təyinatlı robotlarda insana bənzər intellekt yaratmaq missiyasında mühüm uğur qazanıb. Şirkət, 21 sərbəstlik dərəcəsi ilə robot əlləri ilə obyektləri əl ilə manipulyasiya etmək qabiliyyətini nümayiş etdirib. Bu texnologiya sənaye miqyasında dəqiq manipulyasiya tələb edən bir çox işi yerinə yetirməyə imkan verir. Şirkətin Phoenix adlı insanabənzər robotu indiyə qədər malik olduğu yüksək bacarıqlara bir yenisini əlavə edib: eyni əllə obyekti həm tutmaq, həm də manipulyasiya etmək bacarığı.

Şirkətin robot əl dizaynında təmin etdiyi çeviklik, şirkət tərəfindən hazırlanmış unikal mini hidravlik klapanlar sayəsində mümkün olub. Hidravlik sistemlər kabel və ya elektromexaniki əsaslı sistemlərdən daha yüksək güc sıxlığı təklif edir. Bu, sürət, davamlılıq, dəqiq nəzarət, uzun xidmət müddəti, təsir müqaviməti və istilik idarəçiliyində rakipsiz performans deməkdir. Şirkətin müvəqqəti icraçı direktoru və baş kommersiya direktoru Ceyms Uells mövzu ilə bağlı verdiyi açıqlamada robotlardakı çeviklik səviyyəsinin ümumi təyinatlı insanabənzər robotlar üçün hədəflənmiş bazarın ölçüsü ilə düz mütənasib olduğunu və məqsədlərinin bir robot yaratmaq olduğunu bildirib.