Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan şəhər, Babək, Culfa və Kəngərli Rayon Rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan 14 nəfər əməkdaşı Naxçıvan Regional Peşə – Tədris Mərkəzində kurslara cəlb ediliblər.
Kabel lehimləyici və rabitə montyoru üzrə ixtisasartırma kurslarında təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası və siqnalölçmə cihazı “Argus 156 tester” avadanlığı barəsində hazırlanmış slaydlar vasitəsilə məlumatlar verilir.
Həmçinin tədris zamanı onlar fiber-optik kabellərin qaynaq edilməsi üçün müasir “Fujikura S90” cihazının iş prinsipi haqqında da məlumatlandırılırlar. Kurslarda, həmçinin mis və fiber-optik kabel növlərinin beynəlxalq standartlara görə çeşidli növlərdə istehsalı, istehsal olunan kabellərin texniki xüsusiyyətləri, o cümlədən siqnalötürmə sürəti, xətlərin müxtəlif relyeflərə uyğun çəkilməsi, eləcə də muxtar respublikada ilk dəfə tətbiq edilən “Prysmian Draka” markalı kabellərin texniki xüsusiyyətləri barədə ətraflı məlumatlar verilir.