Meşələrin bərpasına yönəlmiş qeyri-kommersiya təşkilatı Ecosia yeni internet brauzerini elan edib. Bu internet brauzerindən nə qədər çox istifadə edilərsə, bir o qədər çox bərpa olunan enerji istehsal olunacaq.
Qeyri-kommersiya təşkilatı kimi xidmət edən və axtarış sistemindən əldə etdiyi pulları meşələrin salınması üçün xərcləyən Ecosia-dan əlamətdar bir addım atılıb. Şirkət “2024 Dünya Günü” şərəfinə yeni internet brauzerini elan edib. "Dünyanın ən çox ətraf mühitinə uyğun brauzeri" kimi təqdim edilən "Ecosia Browser", Ecosia-nın günəş enerjisi fermalarından əldə edilən enerji ilə dəstəklənəcək. Bu da istifadəçi başına gündəlik 25 Wh elektrik enerjisi sərfiyyatına bərabərdir. Bu miqdarın kiçik olmağına baxmayaraq, "Ecosia Browser" milyonlarla insana çatarsa, bu vəziyyət dəyişə də bilər. Yalnız kompüterlər üçün nəzərdə tutulmuş "Ecosia Browser" macOS və Windows ekosistemindəki bütün kompüterlər tərəfindən istifadə edilə bilər. Brauzerin mobil cihazlara gəlib-gəlməyəcəyi isə hələlik məlum deyil. Əgər siz də Ecosia Browser ilə tanış olmaq və ondan istifadə etdiyiniz zaman təbiətə fayda vermək istəyirsinizsə, buradakı linkdən yükləyə bilərsiniz.