Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbələr üçün seminar keçirilib.
Nazirliyin əməkdaşı Azər Seyidov müasir standartlara cavab verən rəqəmsal televiziya və radio yayımı stansiyaları, peyk yayımı, regionlar üzrə tezlik diapazonları və zolaqları, analoq və rəqəmsal elektronika, mobil rabitə şəbəkələri, mobil şəbəkənin strukturu və yeni texnologiyalar haqqında hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumat verib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirir, onlar Nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilir, maarifləndirici görüş və seminarlar təşkil olunur.
Tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə informasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına şərait yaradır.