"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İqtisadiyyat Nazirliyinin rəsmi internet saytı “gov.az” zonasına köçürülüb

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən hazırlanmış İqtisadiyyat Nazirliyinin elektron informasiya resursu neconomy.gov.az domen adı ilə AzStateNet şəbəkəsinə köçürülüb. Təhlükəsizlik və istifadəçi rahatlığını nəzərə alaraq sayt müasir proqramlaşdırma dillərindən istifadə edilərək yenidən hazırlanıb.

Saytın optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

Həmçinin, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də müvafiq işlər görülüb.

Nazirliyin yeni internet səhifəsinin domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə (info@neconomy.gov.az) təmin edilib.

Qeyd edək ki, Nazirlik tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən qurumların köhnə versiyalı informasiya resurslarının yenilənməsi istiqamətində tədbirləri davam etdirilir.