"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib

İqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər Naxçıvan Muxtar Republikasında təşkil olunan konfransda müzakirə olunub. 

 

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikası Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış edib. 

“İqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlər və iqlim dəyişikliklərinin ətraf mühitə təsirləri, alternativ enerjidən istifadə" mövzusuna həsr edilən konfransda COP29 gündəliyindən irəli gələn məqsədlər və onların Muxtar Respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilib. 

Konfrans beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin və yerli mütəxəssislərin iştirakı ilə panel sessiyalarla davam edib.  

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvana səfəri çərçivəsində Babək rayonunun Xalxal kəndi yaxınlığında 40 hektar sahədə tikilib istifadəyə verilmiş “Naxçıvan Günəş Elektrik Stansiyası”na baxış keçirib, yaşıl enerjiyə keçid istiqamətində görülmüş işlərlə tanış olub.

Qeyd edək ki, “Naxçıvan Günəş Elektrik Stansiyası” “Qaradağ Günəş Elektrik Stansiyası” istismara verilənə qədər Azərbaycanın ən böyük günəş elektrik stansiyası hesab edilib.