"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İnternetdən istifadə edən hər kəsə təsir edə biləcək təhlükəsizlik açığı aşkar edilib!

İnternet bağlantısının gecikməsindən istifadə edərək istifadəçilərin internet tarixçəsini izləməyə imkan verən təhlükəsizlik açığı aşkar edilib.Üstəlik, bu təhlükəsizlik açığını bağlamağın heç bir yolu yoxdur.

Avstraliyanın Graz Universitetində çalışan bir qrup kibertəhlükəsizlik mütəxəssisi, internetə çıxışı olan hər kəsə texniki cəhətdən təsir edən təhlükəsizlik açığını müəyyən ediblər. "SnailLoad" adlanan bu zəiflik, internet bağlantısı gecikmələrindən istifadə edilərək istifadəçilərin izlənilməyinə imkan verir. SnailLoad-ı təhlükəli edən şeylərdən biri onun işləməsi üçün hər hansı bir zərərli proqramın tələb olunmamasıdır. Bu, təhlükəsizlik proqramları tərəfindən zəifliyin aşkar edilməsini qeyri-mümkün edir. Bir sözlə desək, bu təhlükəsizlik açığının hədəfinə çevrilsəniz, özünüzü qorumağınız qeyri-mümkün hala gəlir.

SnailLoad, internetdə nə etdiyinizə əhəmiyyət vermir. Buna görə də inkoqnito rejimini açaraq və ya VPN ilə brauzerdən istifadə etmək sözügedən boşluq üçün heç nə ifadə etmir. Burada vacib olan internet bağlantınızda yaşanan gecikmədir. Haker gecikmədən xəbərdar olduqdan sonra veb tarixçənizi izləməyə başlaya bilər. Hətta tədqiqatlar onu da göstərib ki, SnailLoad, YouTube-da videolara baxarkən də istifadə edilə bilər. Daha maraqlısı isə odur ki, bu açıqdan qorunmaq üçün heç bir yol yoxdur. Tədqiqatçıların fikrincə, internet provayderlərinin müştərilərinin internet sürətinin təsadüfi şəkildə süni olaraq yavaşladılması, təhlükəsizlik açığından qurtulmağın yeganə yolu ola bilər. Lakin bu da, internetin sürəti azaldıldıqca istifadəçilərin internetə çıxışının pisləşməsi deməkdir və bu istifadəçilər tərəfindən qəbuledilməzdir.