"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İnternetə 10 milyarda yaxın şifrə sızdırılıb

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər internetdə 9 948 575 739 şifrədən təşkil edilmiş məlumatlar bazasını aşkar ediblər. Məlumata əsasən bu sayda şifrəni özündə birləşdirən rockyou2024.txt adlı fayl haker forumlarından birində aşkar edilib və onun daxilindəki məlumatlar açıq mənbə şəklində yerləşirlər. Bu cür məlumatları özündə birləşdirən fayl müxtəlif istifadəçi hesablarının sındırılması istiqamətində şifrələrin yoxlanılması üsulundan istifadə edən haker və dələduzlar üçün adətən arzuolunan məqsədə çevrilir. Məlumata əsasən rockyou2024.txt faylı 4 iyul tarixində ObamaCare ləqəbli istifadəçi tərəfindən paylaşılıb. Mütəxəssislər bildiriblər ki, haker və dələduzlar istifadəçilərin müxtəlif online servislərdəki hesablarını oğurlamaq üçün bu fayldan istifadə edə bilərlər. Bu halda kütləvi kiberhücum hallarının şahidi olmaq olar. Onların sözlərinə əsasən sözügedən fayl son 20 il ərzində olmuş müxtəlif məlumat sızıntıları əsasında formalaşıb. Bununla belə fayla 2021-ci ildən 2024-cü ilə kimi internetə sızdırılmış 1.5 milyard şifrə daxil olub. Bununla belə mütəxəssislərin sözlərinə əsasən bu fayl sayəsində təhlükə altına təkcə müxtəlif online servislər deyil, həmçinin sənaye təchizatları, videomüşahidə kameraları və s. düşə bilərlər.