Məhəmməd ibn Zeyd Əl-Nəhayan adına Süni Zəka Universitetinin (MBZUAI) tədqiqatçılar komandası əsl insanın əl yazısına bənzər şriftləri tərtib etməyi bacaran neyron şəbəkəsini yaradıblar. Yaradılmış neyron şəbəkəsinin təlimatlandırılması üçün əl yazısı nümunəsinin kiçik bir fraqmenti kifayət edib. Mütəxəssislər ilk növbədə ingilis dilində əl yazısının tərtib edilməsinə diqqət ayırıblar. Lakin növbəti mərhələlərdə onlar bu neyron şəbəkəsinə digər dillərdə də əl yazısının tərtib edilməsini öyrədəcəklər. Mütəxəssislər yaratmış olduqları neyron şəbəkəni əl yazısını tərtib edən digər sistemlər ilə müqayisə ediblər. Bunun üçün onlar bu mövzuda 3 neyron şəbəkəsi tərəfindən tərtib edilmiş nümunələri 100 nəfərə göstəriblər və həmin şəxslərə ən yaxşı variantı seçmək təklifini ediblər. Məlum olub ki, 100 nəfər şəxsin 81%-i məhz yaradılmış yeni neyron şəbəkəsinin tərtib etmiş olduğu nümunəni seçib.