Kolumbiya Universitetinin tədqiqat qrupu insanların üz ifadələrini aşkar edə və dərhal onları təqlid edə bilən robot siması hazırlayıb. Maraqlısı budur ki, robot siması insanın təbəssümünü 839 millisaniyə öncədən təxmin edə bilir. Yeni robota Emo adı verilib və o öz vəzifəsinin öhdəsindən uğurla gəlir.Komanda inkişaf etdirdikləri robotla insanlar və robotlar arasında daha təbii qarşılıqlı əlaqə yaratmağı hədəfləyir. Robotik şifahi ünsiyyət böyük dil modelləri sayəsində sürətlə inkişaf etsə də, qeyri-verbal ünsiyyət eyni sürətlə inkişaf etmir. Daha əvvəllər də bu tərz robotlar ortaya çıxmışdı. Lakin o robotlar sadəcə əvvəlcədən proqramlanmış ifadələri təsvir edə bilirdi. Emo isə artıq daha da təkmilləşərək dinamik ifadələr yarada və insanları təqlid edə bilir.Tədqiqatçılar üz animatronikası üçün mürəkkəb aparat və proqram dizaynlarının lazım olduğunu vurğulayırlar. Avadanlıq cəhətdən robot simasının hazırlanması mexaniki çətinliklər yaradır. Proqram təminatı baxımından bu mühərrikləri düzgün və vaxtında işlətmək, duyğuları yaxşı ifadə etmək üçün böyük əhəmiyyət kəsb edir. Qrupun əvvəlki robot platforması Eva üz ifadələrini öz-özünə modelləşdirməyi bacaran ilk robotlardan biri idi. Bununla belə, daha təbii ünsiyyət üçün robot digər şəxsin üz ifadəsini də proqnozlaşdıra bilməlidir. Buna nail olmaq üçün komanda Evanı geridə qoyan Emo adlı yeni robot dizayn hazırladı. 26 aktuatoru olan robot birbaşa bağlı maqnitlər vasitəsilə asimmetrik ifadələr təklif edərək həssaslığı artırır.