Stenford Universitetinin alimləri HumanPlus adlı yeni insanabənzər robotu təqdim ediblər. Sözügedən yeni robot öyrənmə bacarığına və insan hərəkətlərinin qəliz ardıcıllıqla yerinə yetirilməsi özəlliyinə sahibdir. Bundan əlavə olaraq HumanPlus insan hərəkətlərini real zaman ərzində də kopyalaya bilir. HumanPlus-ın hər hansısa hərəkətləri fərdi şəkildə təkrarlaması üçün ona həmin hərəkətlərin əks olunduqları 40 saatlıq videonun izlənməsi kifayət edir.
Bundan əlavə olaraq robot sahib olduğu kamera sayəsində insanın hərəkətlərini real zaman ərzində izləyir və dərhal həmin hərəkətləri imitasiya edir. Konstruksiya baxımından bu robot Çinin Unitree adlı şirkətinin H1 adlı kommersiya məqsədli robotu əsasında hazırlanıb. Lakin bununla belə HumanPlus robotu digər proqram təminatı platformasına sahibdir və onun bəzi komponentləri digər şirkətlər tərəfindən istehsal edilib. Robotun hündürlüyü 175 sm təşkil edir. HumanPlus-un əsas fərqləndirici tərəflərindən biri də odur ki, o, açıq mənbəli koda sahibdir. Yəni istənilən şəxs bu robotun konstruksiyasını və funksionallığını təkmilləşdirə bilər.