Tövsiyələrə baxmayaraq, "12345" və #admin kimi #parollar bu gün də tez-tez istifadə olunur. İngiltərə yeni qanunlar çərçivəsində
bu zəif parollarla gələn cihazları qadağan edəcək.
#Smartfon, #planşet, #televiziya, ağıllı ev sistemləri və digər cihazların istehsalçılarından artıq qanuni olaraq internetə qoşulmuş cihazları #kibercinayətkarların girişindən qorumaq tələb olunur. Bu o deməkdir ki, cihazların standart zəif parolları indi daha güclü parollarla əvəz olunacaq.