"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

İKT və Rəqəmsallaşmada sosial məsuliyyət

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonunda seminar keçirilib. “İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edərək bildirib ki, rəqəmsal dünyamızda ictimai davranışın, o cümlədən peşəkar fəaliyyətin təhlükəsiz təşkilinin əsas tələblərindən biri məhz rəqəmsallaşmadır. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və rəqəmsallaşma artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdəndir və bizi əhatə edən bütün sahələrə geniş şəkildə təsir edir, ümumilikdə cəmiyyət üçün mühüm imkanlar açır.
Seminarın əhəmiyyətinə toxunaraq vurğulanıb ki, rəqəmsallaşma və İKT-nin muxtar respublikada da sürətli inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, rəqəmsallaşma sahəsində yeni infrastruktur quruculuğu, mövcud infrastrukturun müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində layihələr hazırlanır. Həyata keçirilən tədbirlər öz növbəsində dövlət qurumlarında baş verən proseslərin səmərəliliyi ilə yanaşı, təhlükəsizlik və etibarlılığa da zəmin yaradacaqdır.
Seminar sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, seminarda rayonun dövlət qurumlarında İKT sahəsinə məsul şəxslər iştirak ediblər. Seminarın Naxçıvan Muxtar Respublikasının bütün rayonların da keçirilməsi nəzərdə tutulub.