"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Heydər Əliyev İli” çərçivəsində mühəndis –proqramçılar və tələbələr üçün vebinar keçirilib

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Azərbaycan Xalqının Ümummilli Lideri   Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində Nazirliyin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə aprelin 28-də Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları tərəfindən Nazirliyin mühəndis –proqramçıları   hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları” ixtisasının IV kurs tələbələri üçün  vebinar  keçirilib.

Vebinarı giriş sözü ilə açan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

 Əsası  Ulu Öndər  Heydər Əliyev tərəfindən qoyulan rabitə sahəsinin gələcək  inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edilib, ali və orta ixtisas təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza yaradılıb, ölkə iqtisadiyyatının inkişafına qoyulan investisiyaların tərkibində telekommunikasiya sahəsinin həcmi ilbəil  artıb.

Nazir vebinarın əhəmiyyətinə də toxunaraq qeyd edib ki, mühəndis –proqramçıların bilik və bacarıqlarının artırılması istiqamətində Nazirlik tərəfindən zəruri tədbirlər həyata keçirilir, onlar üçün seminar və vebinarlar təşkil olunur. Həmçinin, təcrübə zamanı tələbələr Nazirliyin və tabeli qurumlarının fəaliyyəti, eləcə də müasir telekommunikasiya avadanlıqları ilə tanış edilirlər. Bugünkü vebinar da bu qəbildəndir.

Vebinarda Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Günay Əbdiyevanın “Kibertəhlükəsizlikdə məlumatlılıq və işə təsir analizi”, Balayev Muradın  “Zərərvericilər ilə yoluxma texnikası” və Məlikov Azərin isə “OSİNT (Open-source intelligence -Açıq mənbə kəşfiyyatı) və sosial mühəndislik” mövzularında çıxışları dinlənilib.

Çıxışlar zamanı məlumatların qorunmasında istifadəçilərin mümkün kiberhücumlardan mühafizə olunmaları barədə ətraflı məlumatlar verilib, o cümlədən iştirakçıların diqqətinə çatdırılıb ki, kiberdələduzluq vasitəsilə istifadəçiləri aldadıb müxtəlif yollarla eyni olan, amma saxta olan hansısa sayta və ya digər resursa yönəltməklə onların fərdi məlumatları oğurlana bilər. Burada istifadəçilərin şəxsi məlumatları, İD nömrələri, elektron poçt ünvanları və s. məlumatları ola bilər. Bildirilib ki, sosial mühəndislik də insanları aldatmaq və yalan danışmaq sənətidir, lakin burda bəzi məlumatlar əldə etmək istəyən şəxs kodlar ya da şifrələrdən deyil, insanların zəif cəhətlərindən istifadə edir. Bu təhlükələrdən qorunmaq üçün şəxsi məlumatlarını kənar şəxslərə ötürməmələri, yönləndirilən hər hansı saytın və həmin saytda tələb olunan kredit kartı, bank hesabı və bu kimi məxfi məlumatları yazmamaları, tələb olunan sorğulara şübhə ilə yanaşmaları və etibarlı mənbələrdən istifadə etmələri tövsiyə olunur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.