Muxtar respublika sakinlərinin “Hesab.az” onlayn xidmətlər portalında digər ödənişləri həyata keçirməsi mümkün olsa da, elektron sayğaclar üçün elektrikin balansının artırılması mümkün olmurdu. Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndisləri tərəfindən həyata keçirilən zəruri texniki tədbirlər nəticəsində artıq energetika xidmətinə aid ödənişlərin portal vasitəsilə həyata keçirilməsi mümkündür.
Bu sistemin istifadə rahatlığı ödəniş prosesini asanlaşdırır ki, istifadəçilər vaxta qənaət etməklə günün istənilən saatında elektrik ödənişlərini həyata keçirə bilərlər.