"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Heç bir SMS təsdiqə və hesaba sahib olmadan ChatGPT-dən istifadə etmək mümkün olacaq

  Hələ bir neçə müddət bundan öncəyə kimi ChatGPT-dən istifadə etmək üçün OpenAI hesabı açmaq lazım idi. İndi isə şirkət öz məşhur çat-botundan daha sadə şəkildə faydalanmağın yolunu elan edib. Belə ki, yaxın zamandan başlayaraq artıq hamı hətta OpenAI hesabına sahib olmadığı halda da ChatGPT-nin pulsuz versiyasından istifadə edə biləcək. Bu yenilik həmçinin OpenAI xidmətlərinin dəstəklənmədikləri ölkələrdəki istifadəçilər üçün də üstünlük olacaq. Daha öncə OpenAI hesabının yaradılması üçün xarici telefon nömrələrindən istifadə etmək lazım gəlirdi.
     Belə ki, qeydiyyat prosesini təsdiqləmək şərt idi. Lakin OpenAI hesabı olmadan ChatGPT-dən istifadənin də bəzi mənfi tərəfləri var. Belə ki, istifadəçi çat-bot ilə danışıqlarının tarixçəsini digər cihaza köçürə bilməyəcək. Bununla belə istifadəçinin çat-botla yarıda qoymuş olduğu istənilən dialoq silinəcək. Onu da qeyd etmək lazımdır ki, OpenAI hesabı olmayan istifadəçi çat-botun ödənişli versiyası olan ChatGPT Plus-a abunə ola bilməyəcək. OpenAI şirkətinin bu yeniliyi tədricən istifadəçilər arasında aktivləşdirilir.