"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

HarmonyOS Çində iOS-i geridə qoyub

2019-cu ildən ABŞ sanksiyaları altında olan Çin texnologiya nəhəngi Huawei Technologies öz əməliyyat sistemi olan HarmonyOS-i inkişaf etdirmək məcburiyyətində qalıb. Lakin bu sistem Çin xaricində məhdud məşhurluq qazanıb. Buna baxmayaraq, keçən rübdə HarmonyOS Çində iOS-i məşhurluq baxımından geridə qoymağı bacarıb. Bununla belə o hələ də Android-dən geri qalır. South China Morning Post qəzetində Counterpoint Research şirkətinin statistikasına əsaslanan məlumatlara görə 1 il əvvəl HarmonyOS-in Çin bazarındakı payı 16%-dən çox deyildi. 2023-cü ilin dördüncü rübündə isə bu göstərici 19%-ə yüksəlib.
Eyni dövrdə Apple iOS-in bazar payı 20%-dən 17%-ə düşüb. Bu azalma HarmonyOS-in Çində bazar liderliyinə yüksəlməsinə səbəb olub. Bununla yanaşı, Google Android-in mövqeyi ötən il ərzində dəyişməz qalıb və təxminən 64%-lik bazar payını qoruyub. Qlobal bazarda Google Android ötən rübü 74% bazar payı ilə başa vurub, Apple iOS isə 22%-lə ikinci yerdə qərarlaşıb. Çin istehsalı olan HarmonyOS isə 2023-cü il ərzində dünya bazarında cəmi 4%-lik paya malik olub. Keçən il bu əməliyyat sisteminin bazar payı 2%-dən 3%-ə yüksəlib. HarmonyOS-in daha geniş yayılmasını təmin edəcək əsas amillər:
- Huawei-nin yeni buraxılacaq bütün smartfon və planşetlərini HarmonyOS Next ilə təchiz etmək qərarı
- Çində yerli markalara aid mobil cihazların alınmasını stimullaşdırmaq üçün dövlət subsidiyalarının tətbiqi
- Müəyyən qiymət kateqoriyasında alıcılar hökumətdən 69$ qədər kompensasiya ala bilərlər.