"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Hakerlər məlumatların oğurlanması üçün PDF fayllardan istifadə edirlər

Son hesabatda Zimperium şirkətinin kibertəhlükəsizlik tədqiqatçıları SMS və elektron poçt vasitəsilə yayılan zərərli PDF fayllardan istifadə edən yeni fişinq (phishing) kampaniyasını aşkar ediblər. Bu fayllar özlərində gizli zərərli keçidləri birləşdirir və istifadəçiləri fişinq məqsədli veb saytlara yönləndirir. Həmin saytlar vasitəsilə isə istifadəçilərin adları, ünvanları və kredit kartı kimi şəxsi məlumatları oğurlanır. Hakerlərin zərərli keçidləri gizlətmək üçün istifadə etdikləri üsul xüsusilə təhlükəli hesab edilir.
 Standart /URI teqi əvəzinə qrafik örtüklər tətbiq olunur ki, bu da təhlükənin aşkarlanmasını çətinləşdirir. Mobil cihazlar belə kiberhücumlara xüsusilə həssasdır, çünki onların ekranlarının kiçik olması fayl məzmununu açmadan əvvəl tam yoxlamağı çətinləşdirir. Zimperium araşdırması zamanı 20-dən çox zərərli PDF faylı və 630 fişinq səhifəsi aşkar edilib. Bu hücumlar 50-dən çox ölkədə təşkilatları və fərdi istifadəçiləri hədəf alıb. Fişinq hücumlarından qorunmaq üçün aşağıdakı tövsiyələr verilir:
- Göndərici haqqında məlumatı diqqətlə yoxlayın, o cümlədən veb saytın URL ünvanının düzgünlüyünü təyin edin
- Naməlum göndəricilərdən gələn mesajları açmaqdan çəkinin
- Bank veb saytlarına və tətbiqlərinə mesajlardakı keçidlər vasitəsilə deyil, birbaşa rəsmi saytlardan və ya tətbiqin özündən daxil olun.