"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Hakerlərin “WhatsApp” vasitəsilə yaydığı casus proqramının qurbanlarının 46 %-i Azərbaycandan olub

Hakerlər tərəfindən “WhatsApp” rejimi vasitəsilə casus proqramlarının yayılmasına 340 min cəhd edilib və bu, dünyada bütün istifadəçilərə çatsa da, qurbanların 46 %-i Azərbaycandan olub.

 

"Kaspersky”nin dərc etdiyi bəyanata istinadən məlumat verir ki, çoxlu sayda qurbanların olduğu digər ölkələr arasında Yəmən, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də var.

Qeyd olunub ki, “Kaspersky”nin tədqiqatçıları hakerlərin “Android” cihazlarında “WhatsApp” istifadəçilərinin şəxsi məlumatlarını gizli şəkildə toplayan casus proqram təminatını yaydığını aşkarlayıb. Hakerlər bunu əvvəllər “Telegram”da tətbiq edilən eyni üsulla həyata keçiriblər. Bu casus proqramı qurbanın yazışmalarını, şəxsi məlumatlarını və kontaktlarını oğurlaya bilir.

Bildirilir ki, hücum cəhdlərinin faktiki sayı daha çox ola bilər.