NordVPN servisinin mütəxəssisləri Android və iOS üçün nəzərdə tutulmuş 18 kateqoriyada müxtəlif tətbiqləri analiz ediblər. Aparılmış analizin nəticələri heç də ürəkaçan olmayıb. Mütəxəssislərin sözlərinə əsasən analizləri aparılmış tətbiqlərin 75%-i istifadəçilər barəsində düşünüldüyündən daha çox məlumat yığırlar. Təqdim edilmiş hesabata əsasən tətbiqlərin 42%-i istifadəçilərin digər veb saytlar və servislərdəki məlumatlarını, 37%-i isə istifadəçilərin yerləşdikləri yerlər barəsində məlumatları yığırlar. Halbu ki, yığılan bu məlumatlar tətbiqlərin fuinksionallıqları üçün heç də lazım deyillər.
Bundan əlavə olaraq tətbiqlərin 35%-i cihaz kamerasından istifadə, 22%-i Gallery tətbiqinə keçid, 16%-i isə cihaz mikrofonundan istifadə sorğusunu göndəriblər. Bununla belə istifadəçilər çox zaman tətbiqlərdən istifadə qaydaları və şərtləri ilə razılaşaraq onlara bu sistemlərdən istifadəyə icazəni təqdim edirlər. Mütəxəssislər həmçinin Android və iOS əməliyyat sistemlərində tətbiqlərin cihaz sistemlərindən istifadə üçün sorğunun göndərilməsi məsələsində faiz göstəricilərini də təyin ediblər. Android-də bu göstərici 87%, iOS-də isə 60% təşkil edir.