"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

 Güclü külək bir sıra fəsadlara yol açıb 

26 iyun 2024-cü il tarixdə axşam saatlarından başlayaraq muxtar respublikanın bir sıra rayonlarında qeyri-sabit hava bir sıra fəsadlar törədib. 

Güclü külək nəticəsində muxtar respublikanın Kəngərli rayonunun Şahtaxtı, Çalxanqala və Qarabağlar, Sədərək rayonunun Dəmirçi və Qaraağac, Şahbuz rayonunun Qızıl Qışlaq, Şada və Kolanı kəndlərində, o cümlədən Şərur rayonunun Zeyvə, Mahmudkənd, Yengicə, Qorçulu, Axaməd, Xanlıqlar, Muğancıq Mehrab, Püsyan və Çomaxtur kəndlərində iri gövdəli ağaclar aşaraq texnoloji infrastrukturun zədələnməsinə səbəb olub, nəticədə bir sıra kənd və məhəllələrdə rabitə xidmətlərinin verilməsində fasilələr yaranıb.

Hazırda Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri tərəfindən təmir-bərpa işləri aparılır. Texnoloji infrastrukturun bərpası istiqamətində və digər zəruri tədbirlər görülməklə küləyin törətdiyi fəsadların aradan qaldırılması tədbirləri həyata keçirilir.