"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

GPT-5 ən qədim dillərdən birini deşifrələmə potensialına sahibdir

Microsoft şirkəti OpenAI tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək GPT-5 adlı böyük dil modeli barəsində yeni məlumatları təqdim edib. Şirkətin sözlərinə əsasən GPT-5 günümüzdə ən qəliz linqvistik sirlərdən biri olaraq qalan ən qədim dillərdən birini deşifrələyə biləcək. Söhbət, 3000 il bundan öncə Krit adasında yaşamış Minoy adlı qədim sivilizasiyanın istifadə etmiş olduğu xətti A yazı sistemindən gedir. Microsoft təmsilçisinin sözlərinə əsasən hal-hazırda aktual olan GPT-4 bu cür proses üçün o qədər də güclü deyil. Lakin GPT-5 qədim dilin deşifrələnməsi prosesinin öhdəsindən gələ bilər. Məlumatda qeyd edilib ki, bu cür tapşırığın öhdəsindən gəlmək üçün böyük dil modeli xətti A yazı sisteminin incəlikləri ilə yanaşı həmçinin qədim Minoy dünyasının dərin kontekstli biliklərini də bilməlidir.