"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmini hazırlayır

Ortaya çıxmış məlumata əsasən Google şirkəti xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmi üzərində çalışır. Bu layihənin Genesis kod adına sahib olduğu bildirilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət Genesis-i artıq The New York TimesThe Washington Post və The Wall Street Journal kimi nəşriyyatların rəhbərlərinə sərgiləyib. Ortaya çıxmış məlumata əsasən Google tərəfindən hazırlanan süni zəka alqoritmi bu və ya digər hadisələr əsasında xəbərləri tərtib edə bilir. Google hesab edir ki, bu cür süni zəka alqoritmi jurnalistlərin yardımçısı rolunda çıxış edə bilər.

Onun vasitəsilə hazır xəbərləri tərtib etməklə yanaşı optimal xəbər başlıqlarını seçmək və ya xəbərin tərkib hissəsinin tərzini dəyişmək olar. “Biz xəbər nəşriyyatları ilə əməkdaşlıq çərçivəsində jurnalistlərə onların işlərində yardımçı ola biləcək süni zəka alətlərinin yaradılmasına yol açacaq potensial ideyaların nəzərdən keçirilməsi mərhələsindəyik” - deyə Google təmsilçisi qeyd edib. Bununla yanaşı Google təmsilçisi bildirib ki, şirkətin əsas məqsədi jurnalistlərə onların iş effektivliklərini yüksəldə biləcək süni zəka alətlərinin təqdim edilməsindədir. Xüsusi olaraq qeyd edilib ki, Google jurnalistləri süni zəka alqoritmləri ilə əvəz etmək niyyətində deyil. Hal hazırda Genesis-in qoyulmuş tapşırıqların öhdəsindən necə gəldiyi aydın deyil.