"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google videolar üçün Vertex AI Studio adlı süni zəka alətləri platformasını təqdim edib

Google şirkəti Vertex AI Media Studio adlı yeni xidmətin istifadəyə verildiyini elan edib - bu, istifadəçilərə mətn formatında təsvirlərə əsaslanaraq video yaratmağa imkan verən süni zəka alətləri toplusudur. Xidmət Vertex AI platforması əsasında qurulub və video istehsalının bütün mərhələlərini - vizual effektlər, səsləndirmə və fon musiqisini əhatə edən - bir neçə qabaqcıl süni zəka modelini bir araya gətirir. Bu proses istifadəçilərdən nə video montajı, nə də proqramlaşdırma bilikləri tələb etmir. İstifadəçilərə prosesi süni zəka generatoru olan Imagen 3 vasitəsilə təsvir yaratmaqla başlamaq təklif olunur.

 Daha sonra əldə olunan təsviri Veo 2 alqoritmi ilə videoya çevirmək mümkündür - bu alqoritm müxtəlif parametrlərin tənzimlənməsi imkanını da təqdim edir. Google-un məlumatına görə, Veo istifadəçiyə kamera hərəkətinin növünü seçməyə imkan verir - məsələn, dron çəkilişi və ya panorama - eləcə də kadr tezliyini və video müddətini tənzimləmək olur. Əgər alqoritm videoya artıq elementlər əlavə edərsə, onları Magic Eraser aləti ilə asanlıqla silmək mümkündür.

 Vizual effektlər üzərində iş başa çatdıqdan sonra istifadəçiyə səhnəarxası səsləndirmə yaratmaq üçün Chirp adlı süni zəka əsaslı səs sintezatorundan istifadə etmək təklif olunur. Son mərhələdə isə DeepMind və YouTube-un birgə yaratdığı Lyria adlı süni zəka modeli videoya fon musiqisinin generasiyasında kömək edir. Nəzəri olaraq prosesin sonunda əldə olunan video nə kadrdakı görüntülər, nə də səsləndirmə baxımından peşəkar işdən geri qalmayan, yayıma tam hazır bir məhsul olur. Bütün bunları istifadəçi tək bir platforma - Vertex AI Studio xidməti vasitəsilə yarada bilər. Bu da əslində Gemini süni zəka modelinin ən yeni versiyalarının test edildiyi eyni xidmətdir.