"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Translate-dən canlı tərcümə yeniliyi!

Google Translate yeniləmə ilə real vaxtda danışıqdan-danışığa tərcümə funksiyasını artıq yalnız Pixel Buds ilə məhdudlaşdırmır. Bu xüsusiyyət indi istənilən qulaqlıqla istifadə oluna bilər. Funksiya 70-dən çox dili dəstəkləyir və beta versiya olaraq Android telefonlarda Google Translate tətbiqi vasitəsilə istifadəyə verilib. Apple-ın oxşar funksiyasından fərqli olaraq, bunun üçün xüsusi qulaqlıq tələb olunmur.

Yeniləmə çərçivəsində mətn tərcümələri də təkmilləşdirilib. Gemini süni intellekti sayəsində Google Translate indi idiomlar və jarqon ifadələri daha düzgün tərcümə edir. Məsələn, “stealing my thunder” kimi ifadələr artıq sözbəsöz yox, mənasına uyğun şəkildə çevrilir.

 Bundan əlavə, Translate tətbiqindəki Practice funksiyası da genişləndirilib. Avqust ayında beta olaraq təqdim edilən bu xüsusiyyət indi 20 yeni ölkədə aktivdir və daha çox dili dəstəkləyir. Duolingo-ya bənzər şəkildə işləyən Practice istifadəçinin səviyyəsinə uyğun lüğət məşqləri və dinləmə tapşırıqları təqdim edir.

Canlı danışıq tərcüməsi hazırda ABŞ, Meksika və Hindistanda Android üçün istifadəyə verilib və gələn il iOS platformasına da gələcək. Təkmilləşdirilmiş mətn tərcümələri isə artıq həm Android, həm iOS, həm də veb versiyada mövcuddur. Practice funksiyası hələ beta mərhələsində olduğu üçün hamı üçün əlçatan olmaya bilər.