"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google tarixin ən güclü DDoS hücumunun qarşısını alıb

Google şirkəti tarixdə baş vermiş ən güclü DDoS hücumun qarşısını aldığı barəsində məlumat verib. Məlumatda qeyd edilib ki, sözügedən DDoS hücum avqust ayında baş verib. Baş vermiş DDoS hücum çərçivəsində 1 saniyə ərzində 398 milyon sorğu göndərilib. Bu isə keçən il qeydə alınmış DDoS hücum rekordundan 7.5 dəfə daha güclü DDoS hücum olub. Belə ki, keçən ilki ən güclü DDoS hücum çərçivəsində 1 saniyə ərzində göndərilmiş sorğuların sayı 46 milyon təşkil etmişdi.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 2 dəqiqəlik kiberhücum zamanı bu ilin bütün sentyabr ayı üzrə Wikipedia-da oxunmuş məqalələrin sayından daha çox sorğu generasiya edilib. Kiberhücumun son dalğası avqust ayının sonunda start götürüb və indiyənə kimi davam edir. Reallaşdırılan kiberhücum Google servisləri, Google Cloud şəbəkəsi və Google tətbiqləri kimi böyük infrastruktur resurslarına hədəflənib. Google öz növbəsində yüklənmənin bərabər şəkildə paylanmasının qlobal infrastrukturu sayəsində öz servislərinin iş proseslərini stabil saxlaya bilib.