"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!

Sundar Pichai, Carnegie Mellon Universitetindəki çıxışında süni intellektin proqramçıların işlərini əlindən almaq əvəzinə daha çox insanı proqramçı edəcəyini və proqramlaşdırmanın hər kəs üçün daha əlçatan olacağını bildirib. CEO-nun fikrincə, süni intellekt mövcud proqramçıların işini asanlaşdıran bir vasitə olacaq. Xüsusilə təkrarlanan və vaxt alan kod yazma proseslərini sürətləndirərək, proqramçıların daha yaradıcı və mürəkkəb tapşırıqlara yönəlməsinə imkan verəcək. Pichai hətta bunu “süni intellektin proqramçıları gücləndirməsi” kimi xarakterizə edir.

Süni intellektin kod yazmağı hər kəs üçün daha asan edəcəyini vurğulayan CEO, təbii dil emalı texnologiyaları sayəsində insanların mürəkkəb proqramlaşdırma dillərini öyrənmədən daha intuitiv şəkildə kod yazma qabiliyyətinə sahib olacaqlarını bildirib. Yəni gələcəkdə, proqramlaşdırma biliyi olmayan insanlar belə, süni intellekt sayəsində proqram hazırlaya biləcək. Pichai əlavə olaraq, süni intellektin yalnız proqramçıları deyil, çoxlu müxtəlif peşə sahələrini də gücləndirəcəyini vurğulayıb. Onun sözlərinə görə, süni intellekt bir çox sahədə insanların işlərini daha səmərəli edəcək və onların daha strateji və yaradıcı işlərlə məşğul olmasına imkan yaradacaq.

CEO, bu məqamda süni intellekti insan zəkası ilə müqayisə etməyin yanlış olduğunu, əksinə, onu “gücləndirici zəka” kimi görməyin daha doğru olduğunu bildirib. Bir sözlə, CEO-nun bu açıqlamaları süni intellektin təhlükə deyil, fürsət kimi qəbul edilməli olduğunu göstərir. Pichai, insanların süni intellektlə əməkdaşlıq edərək daha yaradıcı, səmərəli və təsirli işlər ortaya qoya biləcəyini müdafiə edərək, bu texnologiyanın gələcəkdə proqramlaşdırma dünyasında böyük dəyişikliklərə yol açacağını düşünür.