"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google süni intellekt data mərkəzlərini kosmosa çıxarmağı düşünür

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən AI Impact Summit 2026 çərçivəsində Sundar Pichai süni intellektin gələcəyi ilə bağlı mühüm açıqlamalar verib. Google rəhbərinin çıxışında həm infrastruktur yatırımları, həm kosmos planları, həm tibbi AI tətbiqləri, həm də məsuliyyətli süni intellekt məsələləri ön plana çıxıb.

 Google Hindistanda 15 milyard dollarlıq infrastruktur investisiyası çərçivəsində “tam stack AI hub” qurmağı planlaşdırır. Bu layihəyə:
daxildir.
    Google-un artıq mövcud olan sualtı kabel şəbəkəsi var, lakin Pichai-nin sözlərinə görə, bu genişlənmə Hindistanı qlobal AI mərkəzlərindən birinə çevirməyi hədəfləyir. Çıxışın ən diqqətçəkən hissələrindən biri isə kosmos planları olub. Pichai bildirib ki, Google komandaları gələcəkdə data mərkəzlərinin orbitə yerləşdirilməsi ideyası üzərində düşünür.
 Bu fikir daha əvvəl Elon Musk tərəfindən də səsləndirilmişdi. Mask, hətta SpaceX və xAI arasında sinerjinin səbəblərindən birinin məhz kosmos əsaslı AI infrastrukturu olduğunu bildirmişdi. Hazırda bu konsept erkən mərhələdədir. Lakin böyük texnologiya şirkətlərinin eyni istiqamətdə düşünməsi göstərir ki, gələcəkdə enerji səmərəliliyi və hesablama gücü üçün orbit əsaslı data mərkəzləri real alternativ ola bilər. Pichai çıxışında AI-ın tibbdə istifadəsinə xüsusi diqqət ayırıb. O, xüsusilə Google DeepMind tərəfindən hazırlanmış AlphaFold sistemini vurğulayıb.
    AlphaFold zülalların 3D strukturunu amin turşusu ardıcıllığı əsasında proqnozlaşdırır. Bu isə:
    Lakin AI tərəfindən yaradılan nəticələrin patent və müəllif hüquqları məsələsi hələ də hüquqi müzakirə mövzusudur. Çıxışın sonunda Pichai “məsuliyyətli AI” mövzusuna toxunub. O bildirib ki, süni intellekt iş bazarını köklü şəkildə dəyişəcək və bu prosesin düzgün idarə olunması vacibdir. Deepfake-lərlə mübarizə üçün Google öz platformalarında yaradılan AI məzmununa görünməz SynthID işarəsi əlavə edir. Bu texnologiya kontentin AI tərəfindən yaradıldığını müəyyən etməyə imkan verir.
    Pichai həmçinin:
vurğulayıb.