"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google satış şöbəsindəki işçilərini süni zəka ilə əvəzləməyi planlaşdırır

İnsayderlərin vermiş olduqları məlumata əsasən Google şirkəti öz satış şöbəsinin əməkdaşlarının bir hissəsini işdən azad etməyi nəzərdən keçirir. Belə ki, həmin işçilərin işləri süni zəka əsaslı funksiyalar vasitəsilə artıq avtomatlaşdırılıb. Hələ bir neçə müddət bundan öncə Google süni zəka əsaslı yeni reklam dövrünə qədəm qoydu. Bu isə öz növbəsində reklam verənlər ilə şirkət arasındakı qarşılıqlı əlaqəni daha da yaxşılaşdırmalıdır. Məlumata əsasən hal-hazırda şirkətin reklam şöbəsində 30 000 işçi çalışır. Onların yarısı isə şirkətin müəyyən reklam servisləri üçün reklamların satılması ilə məşğul olur. Google tərəfindən süni zəka funksiyalarının istifadəyə verilməsi ilə həmin işçilərə tələbat azalıb. Gözləntilərə əsasən işçilərin süni zəka ilə əvəzlənmələri uzunmüddətli perspektivdə şirkətə öz gəlirinin artırılmasında yardımçı olacaq.