"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google robotları idarə edə bilən yeni süni intellekt modellərini təqdim edib!

Google DeepMind, robotlara daha geniş fiziki tapşırıqları yerinə yetirməyə imkan verəcək iki yeni süni intellekt modelini təqdim edib. Belə ki, Gemini Robotics və Gemini Robotics-ER, robotların yeni vəziyyətləri dərk etmələrini və hətta təlim olmadan da mühitləri ilə daha yaxşı qarşılıqlı əlaqə qurmalarını təmin etmək məqsədi daşıyır.

Gemini Robotics Google-un qabaqcıl süni intellekt modeli Gemini 2.0 üzərində qurulmuş bir sistemdir. Google DeepMind-in Robototexnika direktoru Karolina Paradanın sözlərinə görə, bu model multimodal dünya anlayışını fiziki hərəkətlərlə birləşdirərək robotları daha çevik və interaktiv edir. Google DeepMind-ə görə, model üç əsas sahədə fərqlənir: ümumiləşdirmə, qarşılıqlı əlaqə və çeviklik.

Beləliklə, Gemini Robotics-ə öyrədilmədiyi yeni vəziyyətləri qavramağa, insanlar və ətraf mühitlə daha təbii əlaqə qurmağa və daha incə motor bacarıqları tələb edən tapşırıqları yerinə yetirməyə imkan verir (məsələn, kağız parçasını qatlamaq və ya şüşə qapağını açmaq). Şirkət artıq bu sahələrin hər birində əhəmiyyətli irəliləyiş əldə edib və bu irəliləyəşlərdən bəzilərini sizinlə bölüşmüşdük. Lakin Google indi bu üç sahədəki inkişafı vahid modeldə birləşdirir.