Google bu dəfə istifadəçilərin tərəfindədir. Belə ki, amerika mərkəzli Google bu dəfə istifadəçilərin yer və məkan məlumatlarını emal etmə tərzində dəyişiklik edib. İstifadəçilərin məxfiliyinə önəm verən Google, polisin Xəritə üzərindən istifadəçilərin məkan və yeri barədə məlumat əldə etməsinə mane olacaq. Beləliklə artıq Google Maps mobil proqramı məkan tarixçənizi bulut xidmətinə göndərmir. Bununlada məkan və yer məlumatları sadəcə istifadəçinin cihazında təhlükəsiz şəkildə saxlanılır.
Google indi məkan və yer məlumatlarını bulud xidmətinə göndərməyərək polisin Xəritə proqramı üzərindən istifadəçilər barədə məlumat əldə etməsinə mane olmaq niyyətindədir. Qeyd edək ki, daha əvvəl istifadəçilərin məkan məlumatları həm bulud xidmətində, həm də cihazda saxlanılırdı. Artıq hüquq-mühafizə orqanları xüsusi əmrlər ilə Google üzərindən istifadəçilərin məkan və yer məlumatlarını əldə edə bilməyəcək. Bununla da istifadəçilərin məxfiliyi və hüquqları qorunacaq.
Ümumiyyətlə son bir neçə ildə ABŞ polisi, istənilən cinayət işlənərkən müəyyən ərazidəki hərhansı smartfonun məkan məlumatlarını texnologiya nəhəngindən xüsusi icazə ilə əldə edirdi. 2018-2019 illəri arasında Google şirkətinə verilən əmrlərin sayı isə 3 dəfədən çox artmışdı. Hətta Google 2021-ci ilə qədər hər rübdə 3000 belə sorğu aldığını bildirib. Məkan və yer məlumatlarının emal edilməsindəki dəyişiklikdən sonra isə artıq Google istəsə belə istifadəçilər barədə məlumatı paylaşa bilməyəcək.