Gələn ilin aprel ayında bağlanacaq Google Podcast xidmətindən istifadə edənlər mövcud podcast abunəliklərini asanlıqla YouTube Music platformasına köçürə biləcək. Hazırda bu seçim yalnız Amerikadakı istifadəçilər üçün əlçatandır. Lakin tezliklə Google bütün dünyadakı istifadəçilərə öz abunəliklərinin YouTube Music platformasına köçürməsinə icazə verəcək. Onu da qeyd edək ki, Podcast xidməti aprel ayında bağlansa da, amerikalı istifadəçilər podkastları hələ 2024-cü ilin martına qədər dinləyə biləcək. O cümlədən istifadəçilər öz podcast abunəliklərini gələn ilin iyul ayına qədər digər platformaya ixrac edə biləcək.
Google rəsmi olaraq bildirir ki, podcastlarınızı artıq YouTube platforması üzərindən dinləyə bilərsiniz. Habelə bu xüsusiyyət üzrə Google bir çox yeniliklər əlavə etməyi də planlayır. İstifadəçilər ödənişli üzvlük üçün qeydiyyatdan keçmədən podkastları fonda dinləyə, yükləyə və audio və video arasında keçid edə biləcəklər. Lakin Google bir detalı atlayır ki, bəzi regionlarda o cümlədən ölkəmizdə YouTube Music əlçatan deyil.