"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Google Play və App Store-da məlumatları oğurla bilən virus aşkar edilib

Kaspersky şirkətinin mütəxəssisləri yeni bir mobil virus aşkar ediblər. Bu virus kriptovalyuta portmanatlarından məlumat oğurlamaq üçün nəzərdə tutulub və müxtəlif tətbiqlərin tərkibində Google Play-dən 242 000 dəfədən çox yüklənib. Lakin ən maraqlı məqam ondan ibarətdir ki, bu virus App Store-da da aşkarlanıb. Bu, Apple-ın rəsmi tətbiq mağazasına belə bir virusun daxil olması ilə bağlı ilk məlum hadisədir. Kaspersky mütəxəssislərinin sözlərinə görə, SparkCat adlı bu virus süni zəka texnologiyalarından istifadə edərək cihazdakı şəkilləri analiz edir və kriptovalyuta portmanatlarına giriş üçün lazım olan məlumatları axtarır.
Məsələn, o, adətən 12 və ya 24 təsadüfi sözdən ibarət olan "seed phrase" (bərpa ifadələri) tapmağa çalışır. Hakerlər bu zərərli proqram təminatını messencerlər, süni zəka köməkçiləri, qida çatdırılma xidmətləri və digər tətbiqlərin adı altında yayırdılar. "App Store-a mütəmadi olaraq müxtəlif fırıldaqçılıq və dələduzluq tətbiqləri sızırdı, lakin bu, rəsmi mağazadakı tətbiqlərə istifadəçi məlumatlarını oğurlayan zərərli proqram təminatının inteqrasiya edildiyi ilk məlum hadisədir" - deyə Kaspersky mütəxəssisi  Sergey Puzan bildirib. Hazırda məlum deyil ki, bu tətbiqlər kiberhücum nəticəsində yoluxub, yoxsa tərtibatçılar qəsdən bu troyan virusunu tətbiqlərinə daxil ediblər. Bəzi xidmətlər, məsələn, qida çatdırılma tətbiqləri tamamilə qanuni görünür, digərləri isə açıq şəkildə istifadəçiləri aldatmaq üçün nəzərdə tutulub.